Bellinqem qışda “Borussiya”nı tərk edə bilər
İngiltərə millisinin və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqem qışda klubunu tərk edə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
19 yaşlı futbolçu dünya şempionatından sonra klub rəhbərliyinə komandanı tərk etmək istəməsi ilə bağlı müraciət edəcək. Bellinqemin “Borussiya” ilə müqaviləsi 2025-ci ilin iyununa kimidir.
Dortmund klubu İngiltərə yığmasının üzvünə görə 150 milyon avro tələb edəcək.
Bellinqemlə “Real”, “Çelsi”, “Mançester Siti” və PSJ-nin maraqlanması barədə xəbər yayılıb.
Yarımmüdafiəçi dünya çempionatında bir qol vurub və bir məhsuldar ötürmə verib.







