Bellinqem üç ay yaşıl meydanlardan uzaq qalacaq?
İspaniyanın “Real Madrid” komandasının və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemin üç ay yaşıl meydanlardan uzaq qalma ehtimalı var.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, buna futbolçunun çiynindəki zədəyə görə əməliyyat keçirəcəyi səbəb ola bilər.
Tibbi müdaxilədən sonra 22 yaşlı oyunçunun sağalma prosesinin 3 ay davam edəcəyi bildirilib.
Qeyd edək ki, Cud Bellinqem ötən mövsüm “Real Madrid”in heyətində 42 oyunda 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.