featured-image-61746

İspaniya Kral Futbol Federasiyası (RFEF) hakim Munuera Monteronun futboldan kənar fəaliyyəti ilə bağlı rəsmi araşdırmaya başlayıb.

Msport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki, araşdırma Montero tərəfindən qurulan konsaltinq şirkətinə şamil olunub. Onun müştəriləri arasında La Liqa, UEFA, İspaniya və Avropanın bəzi klubları ola bilər. Vurğulanır ki, RFEF-in xüsusi komitəsi potensial maraqlar toqquşması ilə bağlı hakimlə bağlı araşdırmaya başlayıb. Monteroya qarşı iş açılsa, o, 100 min avro cərimə və 5 ilədək diskvalifikasiya şəklində sanksiyalarla üzləşə bilər.

Qeyd edək ki, Munuera Montero İspaniya La Liqasının XXIV turunun “Real” – “Osasuna” matçında (1:1) “kral klubu”nun yarımmüdafiəçisi Cud Bellinqemə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə göstərmişdi.

Bənzər xəbərlər