“Benfika” 35 yaşlı futbolçu ilə müqaviləni uzatdı
“Benfika” Nikolas Otamendi ilə müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, 35 yaşlı müdafiəçinin anlaşması 2025-ci ilə kimi nəzərdə tutulub.
Argentinalı futbolçu Lissabon klubuna 2020-ci ildə “Mançester Siti”dən 15 milyon avroya keçib.
Otamendi bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib.
O, Argentina yığmasının heyətində Qətərdə dünya çempionu olub.







