featured-image-26738

Portuqaliyanın “Benfika” klubu baş məşqçi Rocer Şmidtlə müqavilənin müddətini uzatdığını açıqlayıb. Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis 2026-cı ilədək nəzərdə tutulan anlaşmaya imza atıb.

56 yaşlı məşqçi 2022-ci ildə Lissabon təmsilçisinin sükanı arxasına keçmişdi.

“Benfika” Portuqaliya çempionatında ən yaxın izləyicisi “Porto”nu 10 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Çempionlar Liqasında 1\4 finala vəsiqə qazanan klub aprelin 11-də “İnter”lə ilk oyunda üz-üzə gələcək.

ANAR 

Bənzər xəbərlər