featured-image-30610

“Benfika” son 4 ildə ilk dəfə Portuqaliya çempionu olub.

Msport.az xəbər verir ki, Rocer Şmidtin komandası son turda “Santa Klara” üzərində inamlı qələbə qazanıb – 3:0.

Bu qələbədən sonra xallarının sayını 87-ə çatdıran Lissabon klubu 1-ci yeri təmin edib.

“Portu” 85 xalla 2-ci yeri tutub. “Braqa” 3-cü (75 xal), “Sportinq” 4-cü nəticə göstərib – 74 xal.

“Benfika” 38-ci titulunu qazanıb. Bu Portuqaliya futbolu üçün rekord göstəricidir. “Portu” 30, “Sportinq” 19 dəfə çempion olub.

Bənzər xəbərlər