“Benfika” dünya çempionunu heyətdə saxlamaq istəyir
“Benfika” müdafiəçi Nikolas Otamendini komandada saxlamaq istəyir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib. 34 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır və o, azad agentə çevirilə bilər.
Portuqaliya klubu Argentina millisinin üzvünə yeni 2 illik müqavilə təklif edib. Mənbənin sözlərinə görə, danışıqlar yeni başlayıb.
Otamendinin “River Pleyt”dən təklifi olsa da, o, Avropada qalmağı planlaşdırır.
Xatırladaq ki, müdafiəçi Argentina yığmasının heyətində Qətərdə keçirilən dünya çempionatında qızıl medala sahib oldu.







