featured-image-24705

“Brügge” baş məşqçi Skot Parkeri istefaya göndərib. Msport.az xəbər verir ki, ingiltərəli mütəxəssis bu postda 10 həftədən az işləyib.

42 yaşlı məşqçi 2022-ci il dekabrın 31-də Belçika komandasında işə başlamışdı. “Brügge” onun rəhbərliyi altında 12 oyunda cəmi 2 qələbə qazanıb.

Komanda Belçika çempionatında 4-cü yeri tutur. Çempionlar Liqasında isə “Benfika”ya iki oyunun nəticəsinə görə, 1:7 hesabı ilə uduzaraq, mübarizədən kənarda qalıb.

Parker əvəllər “Fulhem” və “Bornmut” klublarında da işləyib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər