featured-image-26987

Rafael Benites “Lester”in “sükanı” arxasına keçə bilər.

Msport.az xəbər verir ki, İngiltərə klubu bir neçə gün əvvəl Brendan Rocersi istefaya göndərib.

62 yaşlı Benites “Lester”ə rəhbərlik etməyə əsas namizədlərdən biridir. “Tülkülər” ona müqavilə təklif etsələr də, ispaniyalı mütəxəssis düşünmək üçün vaxt istəyib.

Benitesin son iş yeri 2021-ci ilin iyulundan 2022–ci ilin yanvarına kimi çalışdırdığı “Everton” olub.

Hesabında 25 xal olan “Lester” İngiltərə Premyer Liqasında 18-ci yeri tutur.

ANAR

Bənzər xəbərlər