Benjamin Pavar “Bayern”dən gedir
“Bayern”in müdafiəçisi Benjamin Pavar rəhbərliyə klubu tərk etmək istəyini açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə insayder Florian Plattenberq paylaşım edib.
Mənbənin sözlərinə görə, fransalı futbolçu 2024-cü ilə kimi nəzərdə tutulan müqaviləsini uzatmaq istəmir. O, artıq bu yay komandanı tərk etmək niyyətindədir.
Fransa millisinin üzvünü “Barselona’ və Avropanın bəzi top-klubları öz həyətlərində görmək arzusundadırlar.
27 yaşlı oyunçu cari mövsümdə bütün turnirlərdə 43 matçda 7 qol vurub və bir məhsuldar ötürmə verib.
Pavar 2019-cu ildən Münhen klubunda çıxış edir.







