Benzema Avropaya qayıda bilər
Kərim Benzema yenidəmn karyerasını Avropada davam etdirə bilər. Msport.az xəbər verir ki, İspaniyanın “Marka” nəşri bu xəbəri yayıb.
Onların sözlərinə görə, “Benfika”nın yeni baş məşqçisi Joze Maurinyo bir neçə gün bundan əvvəl fransalı hücumçuya zəng edib. Maurinyo ilə söhbətdən sonra 37 yaşlı futbolçu yenidən “köhnə qitə”yə qayıtmaq fikirinə düşüb.
Vəziyyətin belə olduğunu görən “Əl İttihad” fransalı forvardın müqaviləsini uzatmağa çalışır. Benzemanın Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
Benzema ilə Maurinyo 2010-2013-cü illərdə “Real”da bir yerdə işləyiblər.
Fransa millisinin sabiq üzvü 2023-cü ilin yayında “Əl İttihad”da çıxış edir.