featured-image-25331

“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında (ÇL)  vurduğu qolların sayını 89-a çatdırıb. Msport.az xəbər verir ki, fransalı futbolçunun “Barselona”nın forvardı Robert Levandovskiyə çatmağına 2 top qalıb.

Benzema dünən ÇL-in 1\8 final mərhələsinin “Liverpul”la cavab matçında komandasına qələbə gətirən yeganə qolu vurub – 1:0.

Bu 34 yaşlı hücumçunun cari mövsümdə 3-qü qolu olub. O, “Liverpul”la ilk görüşdə dubl etmişdi.

Benzema “Olimpik Lion” və “Real”da çıxış edərkən ÇL-də 89 dəfə fərqlənib. O, turnirin bombardirləri siyhısında 4-cü yeri tutur. Levandovskinin aktivində 91 qol var. Messi ÇL-də 129 dəfə fərqlənib, Kriştiano Ronaldo isə rəqib qapılarına 140 dəfə yol tapıb

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər