featured-image-31517

“Real”ın müdafiəçisi Naço Fernandes Kərim Benzemanın klubdan ayrılmasından danışıb.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu Madrid təmsilçisini tərk edəcəyi ilə bağlı komanda yoldaşlarına heç nə deyməyib:

“O, bizə heç nə deməmişdi, amma şübhələnirdik ki, belə şey ola bilər. Kərim komanda daxilində heç kimə bu barədə danışmamışdı. Amma bizim şübhələrimiz var idi. Sonra xəbərlər çıxmağa başladı və “Real” rəsmi açıqlama verdi. Ondan sonra hər şeyi bildik.

O, bütün komandanı paltardəyişmə otağına yığıb bunu elan etmədi. Benzema çox qapalı insandır. Kərimi yaxşı tanıyıram, o  hər işi səssiz görür. Şəxsən mən bu cür getmək istəməzdim”.

Xatırladaq ki, Benzema “Real”da 14 il keçirdikdən sonra Səudiyyə Ərəbistanın “Əl İttihad” klubu ilə müqavilə bağlayıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər