featured-image-27146

“Real”ın baş məşqçisi Karlo Ançelotti Kərim Benzema haqqında müsbət fikirlər səsləndirib. Msport.az xəbər verir ki, fransalı futbolçu İspaniya kubokunun yarımfinalında “Barselona” ilə oyunda (4:0) het-trik edib:

“O, milli komandaların oyunları ilə bağlı yaranan fasilə zamanı əla işlədi. Optimal formasına qayıtdı. Şübhəsiz ki, onun ustalığı həlledici rol oynayır.

Benzema dünyanın ən yaxşı futbolçularından biridir. O, qaydada olanda ən yaxşılardan sayılır.

Son oyunlarda “Barselona”ya uduzmuşduq, lakin bu özümüzə inamımıza təsir etməmişdi. Rəqib təzyiq göstərəndə özümüzü itirmədik və əks-hücumlarda boş zonaları necə istifadə etmək lazımdır, bilirdik. İdeal oyun keçirdik”.

ANAR 

Bənzər xəbərlər