featured-image-31112

Kərim Benzema “Əl-İttihad”la anlaşıb. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, fransalı futbolçu Səudiyyə Ərəbistanı klubuna transfer olunmaq üçün bütün əsas sənədlərə artıq imza atıb. 35 yaşlı forvardın müqaviləsi 2+1 sistemi ilə olacaq.

Benzema 14 ilini keçirdiyi  “Real”dan azarkeşlərlə vidalaşdıqdan sonra ayrılıb Səudiyyə Ərəbistanına gedəcək.

O, yeni klubunda ilinə 200 milyon avro alacaq.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər