featured-image-442

Kərim Benzema və Ferlan Mendi martın 20-də “Barselona” ilə keçiriləcək El Klasikonu buraxa bilərlər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, “Real”ın hər iki futbolçusunda əzələ problemləri yaranıb. Hazırda fizioterapevtlərlə işləyən fransalı hücumçu sabah MRT-dən keçəcək.

Bugünkü məşqi buraxan Mendi də tibbi müayinədən keçməlidir. Həkimlərin yekun qərarından sonra məşqçilər korpusu hər iki futbolçu ilə bağlı qərar verəcək.

Bənzər xəbərlər