featured-image-24786

“Real”ın hücumçusu Kərim Benzema “Espanyol”la oyunda meydana çıxa bilməyəcək.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu ardıcıl iki gün komandanın məşqlərində iştirak etməyib.

Mənbənin sözlərinə görə, Benzemanın adı martın 11-də keçiriləcək matçın iştirak ərizəsinə daxil edilməyəcək.

Hazırda “Real” üçün prioritet məsələ forvardın Çempionlar Liqasının oyununa hazır olmasıdır.

Bu mövsüm zədə ilə bağlı çox problemləri yaranan Benzema çalışır ki, avrokuboklarda komandasına kömək edə bilsin.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər