Benzema Fransa vətəndaşlığından məhrum edilə bilər
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Fransa vətəndaşlığından çıxarıla bilər.
Msport.az xəbər verir ki, buna səbəb hücumçunun İsraillə münaqişədə Fələstinə dəstək verməsidir.
Fransanın daxili işlər naziri Cerald Darmanin forvardın terror təşkilatı ilə əlaqələri olduğunu iddia edib. Fransa Milli Assambleyasının deputatı Valeri Boyer bildirib ki, nazirin sözləri təsdiqini taparsa, Kərim Benzemaya qarşı sanksiyaları nəzərdən keçirmək lazımdır: “Simvolik sanksiya “Qızıl top”dan məhrum edilməsi olar. Bundan əlavə, biz onun vətəndaşlıqdan çıxarılması üçün müraciət etməliyik”.
Qeyd edək ki, Kərim Benzama 2022-ci ildə “Qızıl top” mükafatını qazanıb.