featured-image-16262

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema karyerasında ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində qol vura bilməyib.

Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu 2022/23 mövsümündə turnirin bu mərhələsində 4 matça çıxıb.

O, yalnız “Şaxtyor”a (Donetsk, Ukrayna) qarşı görüşlərdə (2:1, 1:1) əvvəldən sonadək mübarizə aparıb. Fransalı futbolçu “Seltik”lə səfər oyununa (3:0) start heyətdə başlayıb və 30-cu dəqiqədə zədə səbəbindən əvəzlənib. O, bu komandaya qarşı ötən gün keçirilən ev matçında (5:1) 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb. “Leypsiq”lə hər iki görüşü (2:0, 2:3) buraxan Benzema 4 oyunun heç birində qol vurmağı bacarmayıb.

Bu, Benzemanın karyerasında ilk belə haldır. Forvard daha əvvəl həm Lion “Olimpik”inin, həm də “Real”ın heyətində ÇL-in qrup mərhələlərində qol vurmağı bacarmışdı.

Xatırladaq ki, Benzema 2009-cu ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, Lion “Olimpik”inin yetirməsidir və 2004-2009-cu illərdə bu klubun əsas komandasında çıxış edib.

Bənzər xəbərlər