featured-image-42224
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema tezliklə klubuna qayıdacaq və məşqlərini davam etdirəcək.
Msport.az xəbər verir ki, o, qasırğa səbəbindən Ərəbistana daha tez gələ bilməyib. Çoxlu söz-söhbətlərə baxmayaraq, fransız bu qış ərəb klubunu tərk etməyəcək.
Benzema 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı liqasında çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır. Bu mövsüm 36 yaşlı forvard 20 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib

Bənzər xəbərlər