featured-image-28908

İspaniya La Liqasının 32-ci turu çərçivəsində “Real Madrid” “Almeriya”nı üstələyib – 4:2.

Msport.az xəbər verir ki, bu matç “kral klubu”nun üç qolunun müəllifi Kərim Benzema üçün əlamətdar olub. Fransalı forvard La Liqada vurduğu qolların sayını 236-ya çatdıraraq Uqo Sançesi (234) keçib. Benzema bu göstəricidə yalnız Telmo Sarra (253), Kriştiano Ronaldo (311) və Lionel Messidən (473) geri qalır.

Royal Türksoy

Bənzər xəbərlər