featured-image-27725

Kərim Benzema Çempionlar Liqasında 90-cı qolunu vurub. Msport.az xəbər verir ki, fransalı futbolçu “Real” – “Çelsi” matçında (2:0) hesabı açıb.

Madrid klubunun hücumçusu ÇL-də 149 oyunda 90 dəfə fərqlənib.

Benzema bu qollardan 56-nı qrup mərhələsində, 17-i 1\8 finalda, səkkizini 1\4 finalda, səkkizini yarımfinalda, birini isə finalda vurub.

Benzemanı yalnız 3 futbolçu qabaqlayır: Kriştiano Ronaldo (140), Lionel Messi (129) və Robert Levandovski – 91.

ANAR 

Bənzər xəbərlər