Benzema "Real" rəhbərliyinə qərarını açıqladı - "Əl İttihad"a gedir
Kərim Benzema “Əl İttihad”ın təklifinə müsbət cavab verib. Msport.az “Foot Mercato”ya istinadən xəbər verir ki, fransalı futbolçu bir neçə saat əvvəl “Real” rəhbərliyinə Səudiyyə Ərəbistanı klubuna gedəcəyi barədə məlumat verib.
35 yaşlı forvard yeni komandasında ilə 100 milyon avro alacaq.
Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid təmsilçisində çıxış edir.
ANAR







