Benzema Ronaldo ilə Səudiyyə Ərəbistanına mümkün keçidini müzakirə edib
Kərim Benzema Kriştiano Ronaldo ilə Səudiyyə Ərəbistanı Liqası haqda məsləhətlər alıb.
Msport.az AS nəşrinə istinadən xəbər verir ki, “Əl İttihad” “Real Madrid”in hücumçusuna illik 100 milyon avro olmaqla 2 illik təklif göndərib.
Benzema artıq Madrid klubundakı keçmiş komanda yoldaşı, hazırda “Əl-Nəsr”də çıxış edən Ronaldo ilə danışıb. Fransalı həm Səudiyyə Ərəbistanı çempionatı ilə bağlı məlumatlar, həm də ölkədəki həyat təəssüratları ilə maraqlanıb.
Royal Türksoy







