featured-image-41554

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı futbolçusu Kərim Benzema karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Msport.az xəbər verir ki, 36 yaşlı hücumçunun “Lion”a keçmək ehtimalı var.

Liqa 1 təmsilçisi təcrübəli forvardla mövsümün sonunadək razılıq əldə etmək niyyətindədir.

Qeyd edək ki, Benzema bu yaydan Səudiyyə Ərəbistanında çıxış edir. O, “Əl-İttihad”da 20 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə verib. O, 2004-2009-cu illərdə “Lion”un formasını geyinib.

Bənzər xəbərlər