Benzema Səudiyyə Ərəbistanında öz akademiyasını aça bilər
Fransa millisinin və “Real”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanında öz futbol akademiyasını aça bilər. Msport.az “Marca”ya istinadən xəbər verir ki, bu ölkənin klublarından birinin futbolçuya çoxmilyonluq müqavilə şərtində belə bir bənd yer alır.
35 yaşlı forvard cari mövsümün sonunda azad agent ola bilər. Lakin Madrid klubu “Qızıl top”un sahibi ilə müqaviləni avtomatik yeniləmək haqqında düşünür.
Hələ ki tərəflər danışıqları davam etdirirlər və Benzema ən azı bir mövsüm də Madriddə qalmaq istəyir. O, bu yay Səudiyyə Ərəbistanına yollanmağı planlaşdırmır.
ANAR







