Benzema Səudiyyə Ərəbistanından sərfəli təklif aldı - Gedir, yoxsa qalacaq?
“Real” rəhbərliyi Kərim Benzemanın klubdan ayrıla biləcəyindən şübhələnir. Msport.az “Relevo”ya istinadən xəbər verir ki, fransalı futbolçu Səudiyyə Ərəbistanı klublarından birindən sərfəli təklif alıb.
Adı açıqlanmayan komanda 35 yaşlı hücumçuya 2 mövsüm üçün 200 milyon avro maaş təklif edir. Ərəblər təcrübəli forvarda reklam gəlirləri, imic haqqı və uşaqlarına elit məktəb də söz veriblər.
Xatırladaq ki, Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. O, bu mövsüm İspaniya La Liqasında 23 oyunda 18 qol vurub.
ANAR







