featured-image-28584

“Real”ın baş məşqçisi Karlo Ançelotti Kərim Benzema və Eduardo Kamavinqanın adını “Jirona” ilə sabah keçiriləcək oyunun iştirak ərizəsinə daxil etməyib. Msport.az xəbər verir ki, Madrid klubu İspaniya La Liqasının 31-ci turu çərçivəsində “Jirona” ilə qarşılaşacaq.

“Benzema və Kamavinqa zədə alıblar və “Jirona” ilə matçda oynamayacaqlar. Əgər sabah Çempionlar Liqasının yarımfinalı da olsaydı, onlar heyətdən kənarda qalacaqlardı. Əgər Kərim özünə gəlsə, şənbə günü “Almeriya”ya qarşı forma geyinəcək. O, bizim üçün çox vacib oyunçudur” – Ançelotti belə deyib.

Fransalı hücumçu Çempionlar Liqasının 1\4 final mərhələsinin “Çelsi” ilə görüşündə (2:0) zədə alıb əvəzlənmişdi.

Kamavinqa isə şənbə günü “Selta” ilə matçda (2:0) zədələnib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər