featured-image-22372

Qapıçı Tibo Kurtua və hücumçu Kərim Benzema “Real”ın klublararası dünya çempionatında iştirak edəcək heyətinə daxil edilməyiblər. Msport.az xəbər verir ki, hər iki futbolçu zədə səbəbindən Mərakeşdə keçirilən yarışda oynaya bilməyəcəklər.

Madird klubu iştirak ərizəsinə 22 futbolçunun adını salıb.

Qapıçılar: Lunin, Lopes, Kanisares.

Müdafiəçilər: Karvahal, Alaba, Valexo, Naço, Odriosola, Ryüdiqer, Marvel.

Yarımmüdafiəçilər: Kroos, Modriç, Kamavinqa, Valverde, Çuameni, Sebalyos, Marten, Aribbas.

Hücumçular: Asensio, Vinisius, Rodriqo, Mariano.

“Real” klublararası dünya çempionatının yarımfinalında Misirin “Əl Əhli” komandası ilə üz-üzə gələcək. Digər yarımfinalda Braziliya “Flamenqo”su Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu ilə qarşılaşacaq.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər