Benzema və Levandovskinin saatları - 40 avrodan 500 min avroya!
Parisdə keçirilən “Qızıl top”un təqdimat mərasimi hələ də Avropa mətbuatında geniş müzakirə olunur. Xüsusən də futbolçuların geyimi, onların xanımları ən çox danışılan mövzulardandır.
Msport.az xəbər verir ki, “Ballon d`Or”un sahibi Kərim Benzema ilə “Gerd Müller” mükafatına yiyələnmiş Robert Levandovskinin taxdığı saatlar da müqayisə edilir.
Məlum olub ki, “Real”ın hücumçusu tədbirə 500 min avro qiyməti olan “Richard Mille” saatı taxıb. “Barselona”nın polşalı forvardı Levandovskinin isə qolunda 40 avroluq saat olub. (Tiempo de Juego)