Benzemadan unikal göstərici
“Real Madrid” İspaniya La Liqasının 27-ci turu çərçivəsində “Valyadolid”i darmadağın edib – 6:0.
Msport.az xəbər verir ki, “kral klubu”nun qollarından üçünü vuran Kərim Benzema tarixə keçib. Son “Qızıl top” mükafatının sahibi Madrid təmsilçisinin heyətində 11 mövsümdə 20 və daha çox qol vuran ilk futbolçu olub. Fransalı forvard əvvəl bu rekordu Alfredo Di Stefano və Raulla bölüşürdü.
Qeyd edək ki, Benzema cari mövsüm ərzində 28 oyuna 20 qol vurub, 4 assist edib.
Royal Türksoy







