featured-image-31546

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Kərim Benzemanın Səudiyyə Ərəbistanı çempionatına transfer olunmasına münasibət bildirib.

Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu yerli liqanın səviyyəsinin yüksəldiyini bildirib:

“Benzemanın “Əl-İttihad”a keçməsi məni təəcübləndirmədi. Lakin görəndə ki, dünyanın hər yerindən adamlar Səudiyyə Ərəbistanı çempionatına baxırlar, bu, məni çox sevindirir. İnanıram ki, liqa inkişaf etməkdə davam edəcək və Avropadan bir çox futbolçular bura gələcəklər.

Azarkeşlər mənim üçün inanılmaz qarşılanma mərasimi təşkil etdilər. Hər bir ölkənin və çempionatın özəllikləri var. Fəxr edirəm ki, Avropanın 3 liqasında çıxış etmişəm və hər birində titul qazanmışam.

Səudiyyə Ərəbistanının əsas fərqliliyi havaların isti keçməsi və məşqlərin gec saatlara salınmasıdır. Artıq buna öyrəşmişəm”.

 

Bənzər xəbərlər