featured-image-31295

“Əl-İttihad” klubuna transfer olunan Kərim Benzemanın təqdim mərasiminə 60 mindən çox azarkeş toplaşıb. Msport.az xəbər verir ki, tədbir bu dəqiqələrdə “Əl-İttihad” stadionunda keçirilir.

Fransalı futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisinə keçidi çərşənbə axşamı elan olunub. 34 yaşlı hücumçu 14 il çıxış etdiyi “Real”dan ayrılaraq “Əl-İttihad”la anlaşıb.

Benzema Madrid klubunda 647 oyunda 353 qol vurub.

ANAR

media-FyH-cW1aMAECqi0

 

Bənzər xəbərlər