featured-image-43008

Kərim Benzema “Əl İttihad”la məşqləri bərpa edəcək.

Msport.az xəbər verir ki, fransız futbolçu ən azı mövsümün sonuna qədər klubda qalmağa razılaşıb.

“Real”ın sabiq kapitanının Avropaya qayıtmaq istəməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra onun Səudiyyə Ərəbistanından ayrılacağı bildirilirdi. Ancaq “Əl-İttihad” Benzemanın bu xahişini rədd edib.

Baş məşqçi Marselo Qalyardo ilə danışıqlardan sonra Benzema heyətə qaytarılacaq. O, çox güman ki, Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin fevralın 15-də “Navbahor”a qarşı ilk oyununda heyətə salınacaq.

Bənzər xəbərlər