Benzia Əlcəzair millisində fərqləndi
“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisində növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, 6 il sonra yığmaya dəvət olunan yarımmüdafiəçi Boliviya ilə yoldaşlıq matçında fərqlənib.
Oyunçu 79-cu dəqiqədə fərqlənib.
Qarşılaşma Əlcəzair yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.