Benzianın qolu “Ferens Puşkaş” mükafatına namizəd oldu
2024-cü ilin ən yaxşı qoluna veriləcək “Ferens Puşkaş” mükafatına namizəd futboçular müəyyənləşib.
Msport.az xəbər verir ki, FIFA-nın tərtib etdiyi siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın da adı var.
Onun Əlcəzair millisinin heyətində Cənubi Afrika Respublikasına vurduğu qol ilin ən yaxşısı seçilməyə namizəddi. Siyahıda ümumilikdə 11 futbolçu yer alır. 2023-cü ilin avqustun 21-dən 2024-cü ilin avqustun 10-dək vurulan 11 qoldan ən yaxşısı səsvermə əsasında müəyyənləşəcək.
Namizədlərin siyahısı:
Həsən əl-Xaidos (Qətər – Çin);
Terri Antonis (“Melburn Siti” – “Vester Siti Vonderers”);
Yassin Benzia (Əlcəzair – Cənubi Afrika Respublikası);
Valter Bou (“Lanus” – “Tiqre”);
Maiko Çirinos (Kosta-Rika – Honduras);
Federiko Dimarko (“İnter” – “Frozinone”);
Alehandro Qarnaço (“Everton” – “Mançester Yunayted”);
Məhəmməd Kudus (“Vest Hem” – “Frayburq”);
Denis Omedi (KSK – “Kitara”);
Pol Onuaçu (“Trabzonspor” – “Konyaspor”);
Ceyden Filodjin (“Roterm” – “Hall Siti”);
Qeyd edək ki, səsvermə dekabrın 10-da yekunlaşacaq.