featured-image-84283

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasında yeni tarixi rekorda imza atmağa yaxındır.

Msport.az xəbər verir ki, onun rəsmi oyunlarda vurduğu qolların sayı 985-ə çatıb.

Beləliklə, 41 yaşlı futbolçu karyerasında 1000-ci qolunu vurmaq üçün daha 15 dəfə rəqib qapılarına yol tapmalıdır.

Qeyd edək ki, Ronaldo bu göstəriciyə çatacağı təqdirdə rəsmi oyunlarda 1000 qol vuran ilk futbolçu olacaq. Burada rəsmi, yüksək səviyyəli klub və milli komanda oyunlarında vurulan qollar nəzərdə tutulur.

Bənzər xəbərlər