featured-image-84285

Azərbaycan kubokunun 2026/27 mövsümü ilklə əlamətdar olub.

Msport.az xəbər verir ki, “Marafon” ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib.

Sabirabad klubu buna nail olan ilk II liqa təmsilçisi olub. Turnirin debütantı öncə “Dinamo”nu 3:0, ardınca I Liqa klubu “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.

2023/24 mövsümündən indiki formatda keçirilən turnirdə II Liqa komandalarının iştirak etdiyi I təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə II təsnifat mərhələsində II Liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri adlayıb.

Qeyd edək ki, “Marafon” dekabrın 1-2-də keçiriləcək 1/8 finalda “Araz-Naxçıvan”ın qonağı olacaq.

Bənzər xəbərlər