Messi Argentinaya qayıdır?
“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını Argentinada davam etdirə bilər.
Msport.az xəbər verir ki, ulduz futbolçunun “Newell’s Old Boys” klubuna keçmək ehtimalı gündəmə gəlib.
39 yaşlı argentinalı futbolçu karyerasının ilk illərində çıxış etdiyi kluba qayıtmağa heç vaxt indiki qədər yaxın olmayıb. Messi 2027-ci ilin yanvarında “Newell’s Old Boys”un heyətinə qoşula bilər. Argentina çempionatında yeni mövsümün həmin ayın sonunda başlanması gözlənilir.
Bununla belə, hücumçunun “İnter Mayami” ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.







