featured-image-84300

İngiltərə Futbol Assosiasiyası (FA) “Arsenal”ın 16 yaşlı yarımmüdafiəçisi Maks Doumanın qırmızı vərəqə alması ilə bağlı apellyasiya şikayətini rədd edib.

Msport.az xəbər verir ki, London klubunun futbolçusu 3 oyunluq diskvalifikasiya olunub.

Hadisə oktyabrın 27-də İngiltərə Liqa Kubokunda “Flitvud Taun”la keçirilən qarşılaşmada baş verib. Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan və “Arsenal”ın penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olduğu görüşün 85-ci dəqiqəsində Douman meydandan qovulub.

O, rəqib futbolçu Harrison Nillə sərt toqquşmadan sonra ona ayağı ilə zərbə endirib. “Arsenal” həm qırmızı vərəqənin düzgünlüyünə, həm də cəzanın ağırlığına etiraz edib. Lakin müstəqil intizam komissiyası klubun hər iki tələbini rədd edib.

Bənzər xəbərlər