Berluskoninin şərəfinə məşhur klubun stadionu adlandırıla bilər
İtaliyanın Montsa şəhərinin şurası eyniadlı klubun stadionunun Silvio Berluskoninin şərəfinə adlandırılmasını təklif edib.
Msport.az xəbər verir ki, şəhərin rəsmi saytında yazılıb:
“Silvio Berluskoninin adı şəhərimizin yaddaşında əbədi qalacaq, çünki onun rəhbərliyi altında “Montsa” A Seriyasına yüksəlib və bitməsinə altı tur qalmış liqada yerini təmin edib”.
Xatırladaq ki, iyunun 12-də Berluskoni 87 yaşında dünyasını dəyişib. O, 1986-2016-cı illərdə “Milan”ın sahibi olub.
2018-ci ildə Silvio “Montsa”nı satın alıb. Onun rəhbərliyi altında klub A Seriyasına yüksəlib və 2022/2023 mövsümünü 52 xalla 11-ci pillədə başa vurub.
Royal Türksoy







