Berluskonu sözünün üstündə duracaq? - "Böyük klubu məğlub edin, bir avtobus fahişə göndərim"
“Montsa” İtaliya A seriyasıın 20-ci turu çərçivəsində “Yuventus” üzərində səfərdə 2:0 hesabı ilə qələbə qazanıb.
Msport.az xəebər verir ki, oyunun nəticəsindən çox İtaliyada bununla bağlı yaranmış söz-söhbət daha çox müzakirə edilir.
“Montsa”nın sahibi Silvio Berluskoni ötən ilin dekabrında müsahibə verərkən maraqlı fikir səsləndirmişdi: “Biz gənclər komandamızda olmuş məşqçiyə (Raffaele Palladino) şans verdik. O, ağıllıdr, yaxşı işləyir və uşaqları motivasiya etməyi bacarır. Mən qərara gəldim ki, əlavə motivasiya verim. Əgər böyük klublardan birini, məsələn, “Yuventus” və ya “Milan”ı məğlub etsələr, tapşırıq verəcəm ki, komandanı bir avtobus fahişə qarşılasın”.
Bu gün Berluskoniyə həmin müsahibə xatırladılıb. Onun cavabı belə olub: “Onlar məndən sözümün üstündə durmağımı istəyirlər. Mən yüzlərlə telefon zəngi almışam”.
ANAR ABDULLAYEV







