featured-image-25057

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba yenidən zədələnib. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, fransalı futbolçu məşqdə zədə alıb.

Beş ay zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Poqba indi bir ay da komandasına kömək edə bilməyəcək.  O, komandanın məşqində xəsarət alıb.

Qeyd edək ki, Poqba uzunmüddətli zədədən sonra yalnız iki oyunda meydana çıxmışdı. O, “Torino” ilə matçda 23, “Roma” ilə görüşdə isə 15 dəqiqə forma geyinmişdi.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər