featured-image-30000

“Betis”in yarımmüdafiəçisi Andreas Quardado Meksika yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb. Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu milli formanı 181 oyunda geyinib.

O, Meksika seçməsində 2005-ci ildə debüt edib. Quardado 5 dünya çempionatının iştirakçısı olub.

“Bu 16 il ərzində göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Bu hissləri sözlərlə ifadə etmək çətindir”. – Təcrübəli futbolçu belə deyib.

Quardado karyerası ərzində “Valensiya”, “Bayer”, PSV kimi klublarda çıxış edib. O, 2017-ci ildən “Betis”in uğurları üçün çalışır.

ANAR 

Bənzər xəbərlər