featured-image-40677

Türkiyənin “Beşiktaş” klubu beş futbolçusu ilə yollarını ayırmaq ərəfəsindədir.

Msport.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Vensan Abubakar, Valanten Rozye, Erik Bayi, Raşid Gezzal və Jan Onanadır.

Həmin legionerlər zəif performans və komanda daxilində uyğunsuz davranış səbəbindən heyətdən kənarlaşdırılıblar.

Qeyd edək ki, “Beşiktaş” Superliqada 15 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər