featured-image-53393

“Beşiktaş” klubu yeni futbolçu transferini açıqlayıb.

Msport.az Türkiyə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın “Auqsburq” komandasından Feliks Uduokhai icarəyə götürülüb.

26 yaşlı müdafiəçi 2024/2025 mövsümünün sonunadək İstanbul klubunda çıxış edəcək.

“Ağ-qaralar” mövsümün sonunda oyunçunu almaq hüququna malikdir.

Qeyd edək ki, Feliks Uduokhai 2020-ci ildən Bundesliqa klubunun formasını geyinib.

Bənzər xəbərlər