featured-image-38578

Türkiyənin daha bir klubu Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edib.

Msport.az xəbər verir ki, ölkəmiz üçün əlamətdar günə “Beşiktaç” komandası da biganə qalmayıb.

İstanbul təmsilçisinin sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib.  Paylaşımda “Can və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Bir millət, iki dövlət” yazılıb.

Daha əvvəl “Qalatasaray”, “Fənərbağça” və “Adana Demirspor” klubları Azərbaycanı bu münasibətlə təbrik edib.

media-Screenshot_2023-10-18-18-56-38-880_com.facebook.katana

Bənzər xəbərlər