featured-image-49300

Türkiyənin “Beşiktaş” klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi “Atletiko” ilə müqaviləsi başa çatan Qabriel Paulistanın keçidini həll edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

“Qara qartallar” 33 yaşlı mərkəz müdafiəçisi ilə bütün şərtləri razılaşdırıb. Braziliyalı futbolçu bu həftə İstanbula gedərək rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, Qabriel Paulista bu ilin yanvar ayında “Atletiko”ya keçmişdi. Təcrübəli arxa xətt oyunçusu Madrid təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Bənzər xəbərlər