"Beşiktaş" Dele Allinin tapa bilmir - "Biz onun harda olduğunu bilmirik" - Şenol Güneş
“Beşiktaş” komandanın ingiltərəli futbolçusu Dele Allinin tapa bilmir. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “qara qartallar”ın baş məşqçisi Şenol Güneş deyib ki, yarımmüdafiəçi ilə əlaqə yarada bilmir:
“Biz Dele Alliyə qısa istirahət vermişdik. Lakin o, hələ qayıtmayıb. Yağış yağır, bəlkə də bu səbəbdən geri uçmağa təyyarə tapmayıb. Biz onun harda olduğunu aydınlaşdırmağa çalışırıq”.
Fevraldan etibarən heyətə düşməyən futbolçu martın 16-da əsas komandadan uzaqlaşdırılıb. Elə həmin gün yarımmüdafiəçini Londonda Kim Kardaşyan və onun uşaqları ilə görüblər. Dele Alli güman olunur ki, mövsümün sonuna kimi “Beşiktaş”da oynamayacaq və yayda komandanı tərk edəcək.
ANAR ABDULLAYEV







