featured-image-46617

“Beşiktaş”ın istefaya göndərdiyi baş məşqçisi Fernandu Santuşa nə qədər təzminat ödəyəcəyi məlum olub. Msport.az xəbər verir ki, bu barədə klubun maliyyə direktoru Kaan Şakul açıqlama verib:

“Fernandu Santuş üçün 500 min avro təzminat ödəyəcəyik. Bu ödəniş müqaviləyə xitam verilən gündən 5 ay ərzində hissə-hissə veriləcək. Başqa hər hansı ödəniş etməyəcəyik”.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis dünən “Samsunspor”la oyundan (1:1) sonra istefaya göndərilib. İstanbul klubu onun rəhbərliyi altında 16 oyunda 7 qələbə qazanıb, 4 heç-heçə edib və 5 matçda məğlub olub.

69 yaşlı mütəxəssis “Beşiktaş”da cəmi 3 ay işləyib.

Bənzər xəbərlər